Türkiyə Suriyada əməliyyatla bağlı NATO-nu məlumatlandırıb

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Suriyada əməliyyatla bağlı Türkiyə tərəfindən məlumatlandırılıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Bizim müttəfiqimiz Türkiyənin təhlükəsizlik sahəsində qanuni narahatlığı var. NATO Türkiyə hakimiyyəti tərəfindən Suriyanın şimalında əməliyyatla bağlı məlumatlandırılıb", - Stoltenberq qeyd edib.

NATO-nun baş katibi Türkiyənin təmkinliliyinə ümidini ifadə edib və ölçülmüş, mütənasib qərarlar qəbul etməyə çağırıb.

Digər xəbərlər

Çin Yaponiyaya xəbərdarlıq edib 08 dekabr, 2025 / 05:37