ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyəti tənzimləmək məqədilə Rusiyaya təsir etmək üçün heç bir tədbir görməməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, Tramp təfərrüatlara varmadan Rusiyanın Ukrayna ilə bağlı addımlarından narazı qalacağı təqdirdə ABŞ-nin hərəkətə keçəcəyini və tədbirlər görəcəyini bildirib.