​ABŞ Pakistanda "Taliban"ın mövqelərinə zərbə endirib, 6 nəfər ölüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən gün ABŞ-ın pilotsuz təyyarələri Pakistanda "Taliban"ın mövqelərinə iki raket zərbəsi endirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələri məlumat yayıblar.

Hava zərbələri nəticəsində ən azı 6 terrorçu zərərsizləşdirilib.

2014-cü ilin yazında Şimali Vəziristanda taliblərə qarşı hücum əməliyyatlarının başladığı vaxtdan bu günə qədər 1200 silahlı qətlə yetirilib.

Digər xəbərlər