Tailandda avtobusun qəzaya düşməsi nəticəsində 15 nəfər yaralanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Tailandın cənubunda avtobusun qəzaya düşməsi nəticəsində 15 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Bangkok Post qəzeti məlumat yayıb. 

Bildirilir ki, hadisə Suratthani əyalətində Bangkokdan Phuketə gedən yolda baş verib.

Qeyd olunur ki, yağan güclü yağış nəticəsində avtobus sürücüsü nizamı itirib. Avtobusda 29 nəfər var idi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10