Tailand kralının vəziyyəti pisləşib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Tailand kralı IX Ramanın (Pxumipon Adulyadet) səhhəti pisləşib.

"Report" xəbər verir ki, bu barədə "Bangkok Post" nəşri yazıb.

Məlumata görə, ötən gün aparılan hemodializ prosedurundan sonra o, qeyri-stabil vəziyyətdədir.

Həkimlərin məlumatına görə, qanı təmizləndikdən sonra 88 yaşlı monarxın təzyiqi kəskin aşağı düşüb. Krala lazımi dərman preparatları verilib və o, böyrəklərin süni havalandırılması aparatına qoşulub.

Digər xəbərlər