Suriyada 300 girov kürd azad edilib

Bakı. 7 aprel. REPORT.AZ/ Suriyanın şimal-qərbində ötən gün 300 kürdü girov götürərək naməlum istiqamətə aparan müxalif "Cebhat an-Nusra" təşkilatının üzvləri daha sonra onları azad ediblər.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Hələb və Dəməşq istiqamətində hərəkət edən 5 avtobusu al-Dana kəndinin yaxınlığında saxlayan qruplaşma üzvləri hökümət qüvvələri tərəfindən həbs olunan bir neçə terrorçunun azad edilməsini tələb etmişdi.

Bu tələblərinin yerinə yetirilib yetirilmədiyi hələlik məlum deyil.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10