Suriya XİN rəhbəri və müdafiə naziri danışıqlar üçün Moskvaya yollanıblar

Suriya xarici işlər naziri (XİN) Əsəd Əl-Şeybani və müdafiə naziri Murhaf Abu Kasra Moskvaya rəsmi səfərə yola düşüblər.

Bu barədə "Report" SANA-ya istinadən xəbər verir.

Məlumata görə, nazirlər Rusiya rəsmiləri ilə danışıqlar aparmağı planlaşdırırlar.

XİN rəhbəri və müdafiə naziri ilə birgə Suriya Baş Kəşfiyyat İdarəsinin nümayəndələri də Moskvaya yollanıb.

Digər xəbərlər