​2014-cü ildə Suriyada 76 min nəfər həlak olub

Bakı. 1 yanvar. REPORT.AZ/ 2014-cü ildə Suriyada gedən silahlı münaqişə nəticəsində 76 min 21 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Hüquqlarının Monitorinqi Mərkəzinə istinadən "Reuters" məlumat yayıb.

Mərkəzin məlumatına görə, öldürülənlərin 33 278 nəfəri mülki şəxslərdir.

Suriyada vətəndaş müharibəsi 2011-ci il etirazlarından sonra başlayıb.

Digər xəbərlər