Sudanda hərbçilər tərəfindən saxlanılan bir neçə nazir sərbəst buraxılıb

Sudanın hərbi hakimiyyəti tərəfindən saxlanılan bəzi məmurlar həbsdən azad edilib.

"Report" xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalının tviter səhifəsində yerləşdirilən məlumatda ​​deyilir.

İlkin məlumatlara görə, azad edilənlər arasında ölkənin səhiyyə naziri Ömər Əhməd əl-Nəcib də var.

Qeyd edək ki, həftələrlə davam edən etirazların ardınca oktyabrın 25-də Sudan ordusu ölkənin baş naziri Abdulla Hamduku, həmçinin bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs edib. Baş nazir sonradan sərbəst buraxılıb, o, hazırda ev dustağıdır.

Digər xəbərlər