Rusiya və Ukrayna növbəti hərbi əsir mübadiləsini həyata keçiriblər.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, Ukraynadan 270 rus hərbçi geri qayıdıb, əvəzində Rusiya tərəfi 270 ukrayna hərbçisini təhvil verib.