Somali ordusunun generalı və 7 mühafizəçisi öldürülüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Somali ordusunun generalı və 7 mühafizəçisi öldürülüb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Moqadişoda baş verib. Belə ki, "Aş-Şabab" qruplaşmasının üzvləri ordu generalına və onun mühafizəçilərinə hücum ediblər. Silahlılar hücum zamanı minalanmış avtomobili partladıblar. Nəticədə general və cangüdənləri həlak olub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10