Slovakiya hökuməti ölkədə Turizm və İdman Nazirliyinin yaradılmasını təsdiqləyib. Agentlik 2024-cü il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
“Report” xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Yeni nazirliyə hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının nümayəndəsi rəhbərlik edəcək. Əksər səlahiyyətlər mövcud Nəqliyyat Nazirliyi və Təhsil Nazirliyindən quruma veriləcək.
Hakimiyyət, televiziyanın qeyd etdiyi kimi, turistləri Slovakiyaya cəlb etmək və ölkəni xaricdə tanıtmaq üçün yeni nazirlik formalaşdırır. Onun fəaliyyəti milli turizm sənayesinin artımını və dövlət büdcəsinə gəlirlərin əhəmiyyətli dərəcədə cəlb edilməsini təmin etməlidir.