Slovakiyada sərnişin qatarı avtobusla toqquşub, xəsarət alanlar var

Bakı. 17 mart. REPORT.AZ/ Slovakiyada sərnişin qatarı avtobusla toqquşub.

"Report" xəbər verir ki, bu barədə "TASR" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 17 nəfər xəsarət alıb. Təcili Yardım Mərkəzinin xəbərində bildirilir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. Onlardan biri uşaqdır.

Hazırda qəzanın fəsadlarının aradan qaldırılmasına 40 xilasedici cəlb edilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10