Sinqapurda son sutkada daha 1 426 nəfər koronvirusa yoluxub.
“Report” “TASS”a istinadən xəbər verir ki, məlumatı Sinqapurun Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, sutkalıq yoluxma hadisəsi üzrə bu göstərici rekord sayılır. Sinqapur üzrə yoluxanların ümumi sayı 8 014-ə çatıb. Koronavirus qurbanlarının sayı isə 11 nəfərdir.