Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirib

Şimali Koreya hakimiyyəti ABŞ, Yaponiya və Cənubi Koreyanın təlimlərinə cavab olaraq Haeil-5-23 sualtı nüvə silah sistemini sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunub ki, KXDR Milli Müdafiə Akademiyasının Sualtı Silah Sistemləri İnstitutu Şərq dənizində hazırlanmaqda olan Haeil-5-23 sualtı nüvə silahı sisteminin mühüm sınağını keçirib.

“KXDR Ordusunun dənizaltı nüvə reaksiyasına hazırlığı yaxşılaşır. ABŞ Hərbi Dəniz Qüvvələri və onun müttəfiqlərinin düşmən hərəkətlərinin qarşısını almağa davam edəcəyik”.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45