Silahlı şəxs Londondakı ticarət mərkəzində adamları girov götürüb

Bakı. 25 may. REPORT.AZ/ Britaniyanın paytaxtı London şəhərindən şərqdə yerləşən ticarət mərkəzində silahlı şəxs adamları girov götürüb.

"Report" "Daily Express"ə istinadən xəbər verir ki, hadisə Kentdəki "McDonald's" yaxınlığında baş verib.

Yerli KİV-in məlumatına görə, hadisə yerinə yaxın olan məktəb şagirdlərinin valideynlərindən uşaqları məktəbdən erkən götürmələri istənilib.

Digər xəbərlər