Cənubi Koreya və Çin iki ölkə liderləri Li Ce Myon və Si Cinpin arasında görüşün keçirilməsinə hazırlıq işlərinə başlayıblar.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən bildirib.
"Çin ilə müvafiq məsləhətləşmələr aparırıq", - deyən nazir görüşün tarixinin yaxın vaxtlarda elan ediləcəyini vurğulayıb.
Nazir qeyd edib ki, görüşün əsas mövzularından biri Şimali Koreyanı danışıqlar masasına qaytarmağın yolları olacaq.
"Şimali Koreyanın dialoqa qayıtması üçün Çinin əməkdaşlığını təmin etmək vacibdir", - Ço Hyon deyib.