Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya Yəməndə husilərin 300-dən çox mühüm hədəfini vurub.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
"Biz qurudakı Yəmən silahlı qüvvələrinə gecə-gündüz hava dəstəyi göstəririk", - koalisiyanın birləşmiş qüvvələrinin nümayəndəsi, general-mayor Türki əl-Maliki "X" telekanalının efirində bildirib.
"Hərəkət edən hədəflərlə iş davam edir", - deyən hərbçi bu gün səhər 100-dən çox qırıcının "Yəmən şəfəqi" əməliyyatında iştirak etdiyini əlavə edib.