Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub

Səudiyyə Ərəbistanının başçılıq etdiyi husilərə qarşı mübarizə koalisiyasının nümayəndələri bildiriblər ki, hərbçilər bu qruplaşma tərəfindən buraxılmış iki pilotsuz uçuş aparatını (PUA) vurublar.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Dronların hədəflərinin Ər-Riyadda və Səudiyyə Ərəbistanının cənub hissəsində yerləşdiyi ehtimal olunur.

Digər xəbərlər