Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub.
Bu barədə "Report" "Al Arabiya"ya istinadən xəbər verir.
Məlumatda bildirilir ki, hadisə ölkənin cənub-qərbindəki Abha şəhərində baş verib. Atəş nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətdən sonra ölüb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir.
Hava limanına hücumun pilotsuz uçan aparatla həyata keçirildiyi bildirilir.