Sarkozi Fransanın aparıcı müxalifət partiyasının sədri seçildi

Bakı. 30 noyabr. REPORT.AZ/ Fransanın sabiq prezidenti Nikola Sarkozi ölkənin aparıcı müxalifət partiyası hesab olunan Xalq Hərəkatı Uğrunda İttifaqın yeni sədri seçilib.

"Report"-un TASS-a istinadən xəbərinə görə, səs vermədə ölkə üzrə partiya üzvlərinin 60 % (155 min nəfər) iştirak edib.

Sarkozi, səslərin 64,5%-ni qazanıb və beləliklə 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq şansı əıdə edib.

Qeyd edək ki, Fransada keçirilən son rəy sorğuları Sarkozinin əhali arasında populyarlığını qoruduğunu ortaya qoyub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10