Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində Odessa limanında mülki gəmi zədələnib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Aleksey Kuleba məlumat verib.
"Xoşbəxtlikdən xəsarət alan olmayıb", - o, "Telegram" kanalında yazıb.
Qeyd olunub ki, Ukrayna soyasını daşıyan gəmi Livan bayrağı altında üzürdü.
Ukrayna Dəniz Limanları Administrasiyası Reni limanına da ziyan dəydiyini, inzibati binaların və liman infrastrukturunun zədələndiyini bildirib.
"Bütün xidmətlər hücumların nəticələrinin aradan qaldırılmasına cəlb olunub", - məlumatda qeyd olunub.