Rusiyada baş verən avtoqəzada 20-dən çox şəxs xəsarət alıb

Rusiyanın Bryansk vilayətində ağır yol qəzası baş verib, 21 nəfər xəsarət alıb.

"Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, uşaqları daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

Bildirlib ki, yaralıların hamısı tibb müəssisəsinə yerləşdirilib.

Toqquşma nəticəsində ölən olmayıb.

Polis yol-nəqliyyat hadisəsinin səbəb və baş vermə şəraitini araşdırır.

Digər xəbərlər