Rusiya qırıcıları Suriyada terrorçuların minə yaxın obyektini məhv edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Rusiyanın Hava-Kosmik Qüvvələri həftə ərzində Suriyada terrorçuların 950-dən yuxarı obyektini məhv edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Qırmızı ulduz" qəzetində dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya qırıcıları həftə ərzində Suriyada 390-dan çox döyüş uçuşu edib.

Digər xəbərlər