Rusiyanın Marseldəki Baş Konsulluğuna hücum Fransa hakimiyyətinin anti-Rusiya kampaniyası nəticəsində baş verib.
“Report” xəbər verir ki, bu barədə diplomatik missiyanın teleqram-kanalında paylaşılan məlumatda deyilir.
“Biz baş verənlərə görə məsuliyyəti Fransa hakimiyyətinin üzərinə qoyuruq. Ölkə Fransa cəmiyyətində rusofobiya və anti-Rusiya əhvali-ruhiyyəsini yaymaq məqsədi ilə Rusiya əleyhinə genişmiqyaslı kampaniyaya başlayıb”, - məlumatda qeyd edilib.