Qvatemalada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Takan şəhərindən 6 km şimal-qərbdə yerləşib. Ocağın dərinliyi 140 km olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.