Qabon Prezidenti ev dustaqlığındadır

Qabon Prezidenti Əli ben Bonqo Ondimba ev dustaqlığındadır.

“Report” xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə hakimiyyəti ələ keçirmiş hərbçilər bildiriblər.

Prezidentin taleyinin necə olacağı məlum deyil.

Qeyd edək ki, Qabonda hərbçilər televiziya vasitəsilə bütün dövlət qurumlarının buraxıldığını, son prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər. Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib. Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.

Digər xəbərlər