Sülh planı ilə bağlı təkliflər var, amma konkret yekun qərar yoxdur.
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak ölkədə gedən müharibənin dayandırılması ilə bağlı müzakirə olunan sülh planı barədə danışarkən deyib.
"Tramp planı – amerikalıların müharibənin başa çatmasına dair baxışıdır. Orada həssas və ayrıca müzakirə tələb edən mürəkkəb mövqelər var. Məhz bunun çərçivəsində Avropa və Ukrayna öz təkliflərini hazırlayıblar. Qarşılıqlı olaraq Ukraynanın həm ərazilər, həm də ən əsası, hər hansı təkrar müharibə ehtimalının qarşısını necə almaq barədə mövqeyi var" – M.Podolyak deyib.
O qeyd edib ki, Ukrayna heç bir ərazi güzəşti ilə razılaşmır:
"Bu, müzakirə mövzusu deyil. Buna Ukrayna Konstitusiyası və xalqı icazə vermədiyi kimi, hakimiyyət də getməyəcək".