Polşada 2500 ABŞ əsgəri üçün yeni düşərgə tikilib

Polşada Qleboka kompleksindəki Dravsko döyüş təlim mərkəzində amerikalı hərbçilər üçün yeni düşərgə hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Düşərgənin tikintisi milli fondlar və NATO-nun Təhlükəsizlik İnvestisiya Proqramı (NSIP) tərəfindən maliyyələşdirilib.

Kompleks NATO standartlarına uyğun olaraq 2500 əsgərin qısamüddətli yaşayış yeri ilə təmin etmək gücünə malikdir.

Xəbər lenti