Peruda ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.
Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində qeydə alınıb. Belə ki, sərnişin avtobusu dərəyə aşıb. Hadisə nəticəsində azı 10 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin məlumatlara görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.