Pentaqon rəhbəri Pit Heqsetin təyyarəsi ön şüşəsi çatladığı üçün Böyük Britaniyada məcburi eniş edib. Heç kim xəsarət almayıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin hərbi orqanı rəhbərinin ictimaiyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell sosial şəbəkədə xəbər verib.
"NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra ABŞ-yə qayıdarkən, hərbi nazir Heqsetin təyyarəsi ön şüşəsi çatladığından Böyük Britaniyada məcburi eniş edib", - o yazıb.
O qeyd edib ki, eniş standart prosedura uyğun həyata keçirilib və təyyarədə olanların hamısı təhlükəsizdir.