Şiddətli yağışlar səbəbindən narıncı xəbərdarlıq elan edilən Fransanın paytaxtı Parisdə ağacın aşması nəticəsində 1 nəfər ölüb, 2 uşaq yaralanıb.
"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər yayıb.
Məlumata görə, hadisə Fransa paytaxtının 19-cu dairəsində baş verib.
"Bir kişi və iki uşaq yolda gedərkən ağac yolun kənarına aşıb. Kişi ağır yaralanıb və ölüb", - paytaxtın polis prefekturasından bildiriblər.
Qonşuların sözlərinə görə, mərhumun yanında məktəbdən apardığı iki azyaşlı qızı olub. Xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.