​Pakistanın cənubunda 13 yaraqlı zərərsizləşdirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Pakistan hərbçiləri Bəluçistan əyalətinin Avaran mahalında keçirdikləri əməliyyat nəticəsində azı 13 yaraqlını məhv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Pakistan sərhəd korpusunun rəsmi nümayəndəsi Kxan Vazey bildirib.

"Zərərsizləşdirilən yaraqlılar arasında onların bir neçə başçısı da olub", - Dawn qəzeti öz internet səhifəsində onun sözlərini dərc edib.

Atışma zamanı iki nəfər hərbçi də yaralanıb. 

Digər xəbərlər

Livanda matəm elan olunub 09 aprel, 2026 / 05:51