Pakistanın Pəncab əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib.
"Report" "TRT World"ə istinadən xəbər verir ki, bu barədə əyalətin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin nümayəndəsi bildirib.
Yardım komissarı Nabil Caved deyib ki, Pəncab tarixinin ən dəhşətli fəlakəti kimi təsvir edilən daşqınlar 4 700-dən çox kəndi su altında qoyub və 4,57 milyon insana təsir edib.
Caved 2,51 milyon insanın təhlükəsiz ərazilərə təxliyə edildiyini söyləyib.
Xilasetmə və bərpa əməliyyatları davam edir.
BMT-nin məlumatına görə, iyunun 26-dan bəri güclü musson yağışları və daşqınlar Pakistanda 932 nəfərin həyatına son qoyub, 8 238 evi dağıdıb.