"O Globo": Lula da Silva mayın 7-də ABŞ-yə səfər edəcək

Braziliya Prezidenti Luis İnasio Lula da Silva amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün mayın 7-də ABŞ-a rəsmi səfərə yola düşəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "O Globo" məlumat yayıb.

Məlumata görə, görüşün gündəliyinə ikitərəfli ticarət əlaqələri məsələlərinin, Braziliya ərazisində təbii sərvətlərin hasilatı sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivlərinin, eləcə də transmilli kriminal strukturlara qarşı mübarizənin müzakirəsi daxildir. Bundan başqa, hər iki dövlətin rəhbərləri mövcud beynəlxalq vəziyyəti müzakirə etmək niyyətindədirlər. Xüsusilə, İran ətrafında gərginliyin artmasının diqqət mərkəzində olacağı ehtimal edilir.

Braziliya Prezidentinin Vaşinqtona səfəri daha əvvəl mart ayına planlaşdırılırdı, lakin fevralın sonlarında ABŞ və İsrailin İrana qarşı əməliyyatı başladıqdan sonra Braziliya tərəfi səfərin tarixini dəfələrlə dəyişib. Lula da Silva hazırkı Amerika administrasiyasının xarici siyasətini dəfələrlə tənqid edib və Trampın öz ölkəsinin daxili problemlərinin həllinə diqqət yetirməli olduğunu vurğulayıb.

Digər xəbərlər