Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

Nyu-York metropoliteninin tarixi Astor-Pleys stansiyasında yanğın baş verib, nəticədə 8 əməkdaş və 6 yanğınsöndürən xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "ABC news" telekanalı məlumat yayıb.

Yanğın Şəhər Nəqliyyatı İdarəsinin (MTA) istismarında olan xidməti qatarda baş verib.

Sərnişin qatarlarının hərəkətində ləngimə yaranıb.

Digər xəbərlər