Nısanbayev: Aparıcı ölkələr iqlim maliyyələşdirilməsində inkişaf etməkdə olan dövlətlərə dəstək göstərməlidir

Daha çox inkişaf etmiş ölkələr, ilk növbədə, inkişaf etməkdə olan dövlətlərə maliyyə dəstəyi göstərməlidirlər ki, onlar öz üzərlərinə götürdükləri iqlim öhdəliklərini müəyyən edilmiş müddətlərdə yerinə yetirə bilsinlər. Belə bir yardım son dərəcə zəruridir.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev aprelin 5-də keçirilən Beynəlxalq İqlim Forumunda bildirib.

"Strategiyanı hazırlayarkən biz ehtimal olunan xərcləri hesabladıq və məbləğ təxminən 500 milyard dollar oldu. Bu göstərici 2060-cı ilə qədər qarşıya qoyulmuş hədəflərə çatmaq üçün tələb olunacaq. Şübhəsiz ki, həm dövlət, həm də özəl sektor artıq əhəmiyyətli vəsait yatırır. Lakin başa düşmək vacibdir ki, beynəlxalq maliyyə təşkilatlarının iştirakı olmadan bu hədəflərə çatmaq, demək olar ki, mümkün olmayacaq", - nazir qeyd edib.

Xəbər lenti