​Nigeriyada məsciddə baş verən partlayış nəticəsində ən azı 12 nəfər həlak olub

Bakı. 3 iyul. REPORT.AZ/ Nigeriyada məsciddə baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər həlak olub.

"Report"un "RİA Novosti"yə istənadən verdiyi xəbərə görə, məlumatı "Frans-Press" agentliyi yayıb.

Hadisə ölkənin şımal-şərqində yerləşən Malari kəndində baş verib. Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

Agentliyin məlumatına görə, cavan qadın-kamikadze üzərində gəzdirdiyi partlayıcını işə salıb. Hadisə şahidlərinin sözlərinə görə, insanlar namaz qılanadək qadın məscidə daxil olub və qurğunu işə salıb.

Hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12