Nigeriyada baş verən partlayışda 7 nəfər öldü

Nigeriyanın şimalında yerləşən Kasina ştatında partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə “Punch” nəşri yazıb.

Qeyd olunub ki, hadisə Yardaqi kəndində qeydə alınıb. Belə ki, heyvanlar üçün ot yığmağa gedən kənd sakinlərindən biri əldəqayırma bombanın üzərinə çıxıb. Nəticədə partlayış baş verib.

Bildirilib ki, yeddi nəfər hadisə yerində keçinib, daha beş nəfər müxtəlif  bədən xəsarəti ilə yerli xəstəxanaya aparılıb.

Yerli bir polis nümayəndəsi faktı qəzetə təsdiqləyib.

Digər xəbərlər