​Nigeriyada 14 yaşlı qız özünü partladaraq 5 nəfərin ölümünə səbəb olub

Bakı. 26 Avqust. REPORT.AZ/ Nigeriyanın Yobe ştatının paytaxtı Damaturu şəhərinin avtobus stansiyasında kamikadzenin özünü partlatması nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi məlumat verib.

Yobe ştatı hökumətinin nümayəndəsi Abdullahi Beqo "Sinxua" agentliyinə müsahibəsində 25 nəfərin yaralandığını bildirib.

Şahidlərin sözlərinə görə, kamikadze təqribən 14 yaşlı qız olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10