Bakı. 10 yanvar. REPORT.AZ/ Nigeriyada 10 yaşlı kamikadze qızın üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 19 nəfər həlak olub.
“Report” xəbər verir ki, terror aktı nəticəsində daha 18 nəfər yaralanıb.
Partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin və yerli sakinlərin öldüyü bildirilir.
Terror aktı insanların çox olduğu bazarda törədilib. Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.