Nigeriya ordusu 1,8 min nəfəri "Boko Haram"ın girovluğundan azad edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Nigeriya ordusu 1,8 min nəfəri "Boko Haram"ın girovluğundan azad edib.

"Report" xəbər verir ki, bu barədə "Accosiated Press" məlumat yayıb.

Məlumata görə, əməliyyat dekabrın 15-dən 21-dək davam edib. Ötən həftə Sambis meşə massivində 600 insan girovluqdan xilas olunub.

Son vaxtlar Nigeriya hökuməti ölkənin şimal-şərqindəki Borno ştatında ekstremistlərə qarşı mübarizəni daha da artırıb. Noyabrda Çad gölünün cənub ərazisi silahlılardan təmizlənib. Həmin vaxt 85 nəfər girovluqdan xilas edilib.  

Digər xəbərlər