Nigerin müxalifət nümayəndələri hakimiyyətə gələn hərbçiləri dəstəkləyib

Nigerin müxalifət partiyası olan “Afrika Federasiyası Uğrunda Niger Demokratik Hərəkatı” çevriliş iştirakçılarının yaratdığı “Vətənin Xilası Milli Şurası”na dəstək verib.

“Report” xəbər verir ki, bu barədə “ActuNiger” portalı məlumat yayıb.

Partiya qeyd edib ki, üsyançıların niyyətlərini proqnozlaşdırmaq mümkün deyil, lakin onun üzvlərinin vəziyyətin sülh yolu ilə həll etmək istəklərini alqışlayırlar.

“Buna görə də hərbçiləri dəstəkləyirik və “Vətənin Xilası Milli Şurası” Nigerdə ​​hakimiyyəti ələ keçirməyə vadar edən səbəblərə sadiq qaldığı müddətcə Afrika ölkəsinin xalqını onlara dəstək olmağa dəvət edirik”.

Digər xəbərlər