Niderlandda koronavirusdan ölənlərin sayı 5 mini ötdü

Niderlandda koronavirusdan ölənlərin sayı 5 056 nəfərə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, ölkədə ötən sutkada 69 nəfər pandemiyanın qurbanı olub.

Bildirilir ki, ölkədə indiyədək 40 571 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Hazırda, 11 min şəxs xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Digər xəbərlər

Çin Yaponiyaya xəbərdarlıq edib 08 dekabr, 2025 / 05:37