"Ukraynanın əks-hücum əməliyyatlarında ciddi problemlər var”.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.
O qeyd edib ki, mövcud çətinliklər aradan qaldırılmalıdır: “Odur ki, biz Kiyevə hərbi dəstəyi gücləndirməliyik”.
Qeyd edək ki, Ukrayna bu il iyunun əvvəlində əks-hücum əməliyyatlarına başlayıb.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən davam edir.