Bakı. 6 iyun. REPORT.AZ/ “Qətərin strateji hədəfi NATO-ya daxil olmaqdır”.
“Report” “DW”yə istinadən xəbər verir ki, bunu Qətərin müdafiə naziri Xaled bin Məhəmməd əl-Atıyya bildirib.
Onun fikrincə, ölkəsi Alyansın blokdankənar müttəfiqidir.
Nazir qeyd edib ki, Qətər malik olduğu silahların keyfiyyətinə görə bölgənin əsas dövlətlərindəndir. Əl-Altıyya NATO-nun ixtisaslaşdırılmış mərkəzlərindən birini ölkəsində yerləşdirməyə hazır olduqlarını bildirib.