Mübahisəli film internetdə də yayımlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/Şimali Koreya lideri Kim Jong-Una edilәn sui-qəsdi mövzusuna əsaslanankomediya janrlı film, kino teatrlarda nümayiş etdirildikdәn sonra indi dә internetdə də tamaşaçılara təqdim olunub.

Report-un TRT-yə istinadən verdiyi məlumata görə, Şimali Koreyanın sər reaksiya verdiyi "The Interview"(Müsahibə) adlı film, ‘Google Play, YouTube, Microsoft Xbox Video’ və Sony-yə mәxsus internet saytından, 6 -15 dollar arasında dəyişən qiymətlərə satılır.

"The Interview" filmi, Amerika Birləşmiş Ştatları ilə Şimali Koreya arasında diplomatik gәrginliyә səbəb olub.

Filmə reaksiya göstərən bir xaker qrupu Sony firmasına kiber hücum təşkil edib; kinoteatrları da tәhdid edib.

Amerika Kəşfiyyar Bürosu FBI, filmin nümayiş edilməsinə mane olan təhdidlərdən Şimali Koreya hökumətinin məsul olduğunu açıqlayıb.

Xəbər lenti