​Mosulda İŞİD-in yüzdən çox silahlısı öldürülüb

Bakı. 11 iyun. REPORT.AZ/ İraqın Mosul şəhərində koalisya qüvvələrinin İŞİD-in mövqelərini bombalaması nəticəsində yüzdən çox terrorçu ölüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Silahlı Qüvvələrin Mosuldakı komandanı general Nəc əl-Cuburi bildirib. Onun sözlərinə görə, koalisya qüvvələrinə məxsus "A-10 Warthog" qırıcıları terrorçuların Naynava əyalətinin Telafər şəhərindən Sincara hərəkət edən karvanını bombalayıb.

Genaral onu da bildirib ki, hava zərbələrinin hədəfində Mosulun qərbindəki İŞİD silahlılarının mövqeyi olub. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10