Misirin baş prokuroru dünyasını dəyişib

Bakı. 29 İyun. REPORT.AZ/ Misirin baş prokuroru Hişam Bərəkət xəstəxanada dünyasını dəyişib.

Xəbər verdiyimiz kimi, bu gün naməlum şəxslər tərəfindən baş prokurorun avtomobilinin altına qoyulan partladıcı qurğunun işə salınması nəticəsində Bərəkət ağır yaralanmışdı.

Partlayışdan dərhal sonra o, xəstəxanaya yerləşdirilmişdi. Amma H.Bərəkətin həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10