Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının dağılması nəticəsində ölənlərin sayı 9-a, yaralıların sayı 30 nəfərə çatıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Hadisə əhalinin sıx yaşadığı Qisr-əs-Süyes rayonunda gecə saatlarında baş verib. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.
08:42
Misirin paytaxtı Qahirədə on mərtəbəli yaşayış binasının dağılması nəticəsində azı 3 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin “Al-Ahram” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə şənbə günü səhər saatlarında olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Dağıntılar altında insanların axtarışı aparılır.
Hadisənin başvermə səbəbləri məlum deyil.